"Atletiko Madrid"in yeni forması: Radikal dəyişiklik - FOTO 

"Atletiko Madrid"in yeni forması: Radikal dəyişiklik - FOTO 

Madrid "Atletiko"sunun 2022/2023 mövsümü üçün yeni formasının dizaynı sosial mediaya sızıb.

Fanat.Az xəbər verir ki, demək olar həmişə klub formalarının dəqiq dizaynını dərc edən “Footyheadlines” portalı “Atletiko”nun gələn mövsüm qeyri-adi formalarda çıxış edəcəyini açıqlayıb.

İlk baxışdan, yeni formada da qırmızı və ağ zolaqlar olacaq, lakin tarixində ilk dəfə xətlər düz yox, dalğalı olacaq. Bu isə "Atletiko" azarkeşlərinin narazılığına səbəb ola bilər.

İkinci və üçüncü dəstlər hələ məlum deyil, lakin birincisi həqiqətən köklü dəyişikliklərə məruz qalıb.

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər