"Atletiko Madrid"in ev oyunlarına daha çox adam baxa biləcək - RƏSMİ

"Atletiko Madrid"in ev oyunlarına daha çox adam baxa biləcək - RƏSMİ

"Atletiko Madrid" ev oyunlarını keçirdiyi "Tsivitas Metropalitano" stadionunun azarkeş tutumunun artırıldığını bəyan edib.

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti artıq komandanın öz meydanında keçirəcəyi matçları 70 min 460 tamaşaçının canlı izləyə biləcəyini açıqlayıb.

"Tsivitas Metropalitano" 2013-2017-ci illər aralığında "Atletiko"nun köhnə stadionunun yerində tikilib. Sözügedən idman qurğusu 2017/2018 mövsümündən istifadə edilir. Çempionlar Liqasının 2019-cu ildəki finalı bu stadionda keçirilib. İyunun 1-də reallaşan həmin qarşılaşmada "Liverpul" "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər