"Atletiko Madrid"dən təkəbbürlü addım

"Atletiko Madrid"dən təkəbbürlü addım

"Atletiko Madrid"in futbolçuları İspaniya La Liqasının 35-ci turunun oyunu ərəfəsində "Real Madrid"ın futbolçuları üçün "çempion dəhlizi" təşkil etmək fikrində deyillər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

"Atletiko"nun demək olar ki, bütün oyunçuları "Real Madrid" üçün "dəhliz" yaratmaq istəmədiklərini söyləyiblər. Lakin rəhbərlik qərar verəcəksə, onlar bunu etməli olacaqlar. 

Xatırladaq ki, kral klubu mayın 8-də “Vanda Metropolitano”da Madrid derbisində oynayacaq.

"Real"ı 34-cü turun yekunlarına əsasən vaxtından əvvəl çempion olub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər