"Atletiko Madrid"in sabiq futbolçusu, hazırda "Barselona"da çıxış edən Antuan Qrizmannı geri qaytarmaq istədiyi haqda xəbər vermişdik.
Fanat.Az "La Vanguardia"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi istəməsə belə, fransız futbolçu "Barselona"dan getmək qərarına gəlib.
Madrid klubu 30 yaşlı hücumçu üçün futbolçusu Saul Niqesi də "Barselona"ya verməyə hazırdır.
Qeyd edək ki, 2014-2019-cu illərdə "Atletiko Madrid"də çıxış edən Fransa millisinin üzvü 2019-cu ildən Kataloniya klubunun şərəfini qoruyur. 71 oyunda meydana çıxan hücumçu 22 qola imza atıb.
Röya