“Atletiko” - “Bakı” oyunu baş tutmayacaq

“Atletiko” - “Bakı” oyunu baş tutmayacaq
“Atletiko” və “Bakı” klubları arasında bu yay Avropa ölkələrindən birindəki təlim-məşq toplanışı zamanı  keçirilməsi nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq. Qol.Az-ın məlumatlna görə, bu gün 2013/14 mövsümünün hazırlığına start verəcək Madrid təmsilçisinin oynayacağı yoxlama matçlarındakı rəqibləri arasında “Bakı”nın adı yoxdur.
“Atletiko”nu saytı yazıb ki, təlim-məşq toplanışının ilk mərhələsini keçmək üçün iyulun 8-də komanda ABŞ-ın Los-Anceles şəhərinə yola düşəcək. İyulun 21-dək davam edəcək hazırlıqdan sonra Madrid komandası Avro-amerika kuboku turnirində iştirak üçün Cənubi Amerikaya yola düşəcək.
Qeyd edək ki, həmin turnirin iştirakçıları arasında “Bakı” yoxdur.
Avqustdan 1-dən isə “Atletiko” “Barselona” ilə İspaniya superkubokunun, eləcə də La Liqa və Çempionlar Liqasının oyunlarının hazırlığını İspaniyada davam etdirəcək.
Xatırladaq ki, bir müddət əvvəl “Bakı” ilə “Atletiko”nun beynəlxalq turnirlərdə qarşılaşa biləcəyi haqda xəbər yayılmışdı.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər