Ata Cavadovla nə "Neftçi" maraqlanır, nə də AFFA

Ata Cavadovla nə "Neftçi" maraqlanır, nə də AFFA
1972-1979-cu illərdə "Neftçi"də çıxış etmiş veteran futbolçu - Füzuli Cavadov koronavirusa yoluxandan sonra əvvəlki vəziyyətinə qayıda bilmir.
 
Fanat.Az xəbər verir ki, hazırda səhhətində problemlər olduğu üçün müalicə alan veteranla nə "Neftçi", nə də AFFA maraqlanıb.
 
Ötən il dekbarın 20-də sabiq "7 nömrə"ni 70 illik yubileyi münasibəti ilə də təbrik etməyən AFFA və "Neftçi" rəhbərliyinin laqeydliyi istənilən halda, böyük təəssüf doğurur.
 
Qeyd edək ki, Füzuli Cavadov millimizin sabiq vingeri Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, tanınmış futbol veteranı İskəndər Cavadovun qardaşıdır.
 
 
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər