Asiyalı yarımmüdafiəçi Bakı klubunda- ÖZƏL

Asiyalı yarımmüdafiəçi Bakı klubunda- ÖZƏL

"Səbail" daha bir futbolçunun keçidini həll edib. Fanat.Az xəbər verir ki, türkmənistanlı yarımmüdafiəçi Elman Taqayev hazırda Bakıdadı.

Bu gün Premyer Liqanın debütantının Bayıldakı ofisinə yollanan oyunçuyla müqavilənin şərtləri razılaşdırılıb. Onunla yaxın günlərdə birillik sözləşmə imzalanacaq.

Taqayev Azərbaycan üçün yad sima deyil. O, 2012/13 mövsümündə AZAL-da top qovub.

Qeyd edək ki, 2012-ci ildən Türkmənistan yığmasında oynayan orta xətt oyunçusu milliyətcə Azərbaycan türküdü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər