Arif Əsədov Vobayı ehtiyata göndərdi

Arif Əsədov Vobayı ehtiyata göndərdi
"Neftçi" Premyer Liqanın V turu çərçivəsində "Xəzər Lənkəran"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, yenidən "Neftçi"yə qayıdan və debütünü əzəli rəqiblə oyunda edən Arif Əsədov start heyətini açıqlayıb.
Əsədov Böyükağa Hacıyevin "Simurq"la matçda meydana buraxdığı start heyətində iki dəyişiklik edib. Belə ki, baş məşqçi Julius Vobayla Emin Mehdiyevə şans verməyib. Hər iki oyunçu ehtiyatda qalıb. Əvəzində Əsədov zədəsini sağaldan Bruno Bertuççi və Samir Məsimova "11-lik"də yer verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər