“Neftçi” - “Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb. Oyun məhz derbi adı ilə uzlaşdı. Qırmızı vərəqələr oldu. Lakin sona yaxın komandam özündə güc tapdı və bərabərlik qolunu vurdu". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan (2:2) sonra “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Çalışdırıcı hakimliklə bağlı danışmaq istəmədiyini deyib: "Mən hakimlik barədə heç nə demək istəmirəm. İsti başla nəsə demək düzgün deyil. Sadəcə, əlavə edim ki, təzyiqlərə baxmayaraq, biz hesabı bərabərləşdirdik".
"Emil Balayev qırmızı vərəqə aldıqdan sonra bəzi dəyişikliklər etdik. Qırmızı vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu qırmızı vərəqə ala bilərdi” deyə Əsədov əlavə edib.
Fanat.az