Arif Əsədov "İnter"lə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi ikinci yarıda rəqibdən daha üstün olduqlarını deyib:
"Meydançaya qələbə arzusu ilə çıxmışdıq. Bilirdik ki, “İnter” qapalı oyun sərgiləyəcək. Ona görə də üç hücumçu ilə mübarizə apardıq. İlk hissədə bərabər oyun olsa da, ikinci hissədə biz daha üstün idik. Qol epizodları var idi. Lakin bundan istifadə edə bilmədik. Bu oyunda Emin Balayevə şans verdik. Zaman keçdikcə ona daha çox güvənəcəyik”.
Fanat.az