Arif Əsədov: "Nəticə önəmli deyil"

Arif Əsədov: "Nəticə önəmli deyil"

“Neftçi”-nin baş məşqçisi Arif Əsədov “Qaradağ Lökbatan”la yoxlama oyunu haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, 4:1 hesabı ilə başa çatan görüşdən sonra "ağ-qaralar"ın çalışdırıcısı nəticənin əhəmiyyətli olmadığını söyləyib:

“Qaradağ Lökbatan”la oyun yoxlama xarakteri daşıyırdı. Belə oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd heyətin bütün üzvlərini yoxlayıb komandanı Premyer Liqa matçlarına hazırlamaqdır. Yoxlama görüşlərində heyətin bir çox üzvünü sınamaq şansımız olur. Düzdür, bəzi futbolçularımız milli komandaların düşərgəsinə çağırıldığından, heyət üzvlərinin hamısı yoxlama oyununda iştirak edə bilmədi. Bununla belə, gənclər üçün özlərini göstərmək baxımından da əhəmiyyətli oyun oldu. Matç zamanı müəyyən taktiki dəyişiklərə əl atdıq. Üstəlik, ikinci hissədə heyətin yarıdan çoxunu dəyişdik və gəncləri sınadıq. Onlar “Neftçi”nin gələcəyidir. Gənclər belə oyunlarda təcrübə toplamalıdılar. İnanıram ki, bu futbolçular gələcəkdə əsas komandada möhkəmlənə biləcəklər”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər