Arif Əsədov: "Motivasiyanı artırmışıq"

Arif Əsədov: "Motivasiyanı artırmışıq"
"Hansı rəqiblə qarşılaşmağımızın bizim üçün fərqi yoxdur". Bu sözləri Fanat.az-a verdiyi açıqlamada Topaz Premyer Liqasının V turunda "Neftçi" - "Xəzər Lənkəran" arasında baş tutacaq oyuna münasibət bildirərkən "ağ qaralar"ın baş məşqiçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis bildirib ki, normal qaydada oyuna hazırlaşılar: "Düzdü, məşqləri tam heyyətlə həyata keçirə bilmirik. Bir neçə oyunçumuz millidən qayıdıb, bu gün də olimpiya millimizdə olan 2 futbolçumuz heyətə dönəcək. Vobay da öz millisinin tərkibində idi, o da ayın 12-si qayıdacaq. Problemlərimiz bircə bununla bağlıdır ki, tam heyətlə hazırlaşmaq imkanımız olmayıb. Qalan bütün məşqlər normal qaydada gedir. Həm taktiki, həm də fiziki baxımdan. 
Bütün komandalarla qarşılaşacağıq. İstər "Xəzər Lənkəran" olsun, istərsə də başqa komandalar. Hansı rəqiblə qarşılaşmağımızın bizim üçün fərqi yoxdur. Rəqiblərimizi bir-birindən ayırmırıq. Yeganə fərq bundadır ki, "Neftçi"- "Xəzər Lənkəran" matçı hər zaman prinsipial hesab edilib. Buna görə də istər-istəməz oyuna motivasiyanı daha da gücləndirmişik".
Təcrübəli mütəxəsis əlavə edib: "Xəzər Lənkəran" "İnter"lə görüşdə öz oyununu göstərib. Buna görə düşünürəm ki, "Xəzər Lənkəran"la bundan əvvəl olan oyunlardakı gərginlik qalacaq". 
Xatırladaq ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması sentyabrın 13-də, saat 17.30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər