Arif Əsədov: "Komanda hələ tam hazır deyil"

Arif Əsədov: "Komanda hələ tam hazır deyil"
"Komandamı qələbə münasibətilə təbrik edirəm. Çox qısa bir zamanda komandanı oyuna hazırladıq. Oyun fəlsəfəmizi həyata keçirib, qələbə qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan (1:0) sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
Baş məşqçi Erik Ramosun ehtiyatda qalmasının səbəbini açıqlayıb: "Görüş çətin alındı. İlk hissədə 10 nəfər qaldıq, məcbur olduq ki, həm heyətdə, həm də taktiki planda dəyişiklik edək. Erik Ramosun ehtiyatda qalmağı limitlə bağlıdı. Kauenin daha çox hücumameylli olduğunu düşünüb, bu addımı atmışdıq. Qısa müddətdə futbolçuların nizam-intizamına fikir verdik. Müdafiə futbolunu ona görə tətbiq etdik ki, komanda fiziki cəhətdən hələ tam hazır deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər