"Rəqibimiz daha ciddi idi. Bu da bizim üçün əlavə bir stimuldu". Fanat.az xəbər verir ki, bu sözləri "Kayseri Ərciyəsspor"la oyundan (0:0) "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
Baş məşqçi komandasından razı qalıb: "Komanda özünü yaxşı tərəfdən göstərdi. Birinci hissədə daha yaxşı oynadıq. Müəyyən qədər yorğunluq hiss olunurdu. Amma hazırlığın sonuna kimi komanda heyət baxımından optimal vəziyyətdə olacaq".
Fanat.az