Arif Əsədov: "Çalışacağıq ki..."

Arif Əsədov: "Çalışacağıq ki..."
“İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis təyinatı ilə bağlı fikirlərini bildirib: "Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər