Arif Əsədov "Bakı" ilə oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi yetirmələrini və azarkeşləri təbrik edib:
"Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, rəqibə ciddi yanaşsınlar. Öncəki turda AZAL meydana rahat çıxmışdı. Bundan istifadə edən “Bakı” qələbə qazanmışdı. Odu ki, oyunda diqqətli olmalı idik. 3:1 hesabı ilə qələbə qazansaq da, oyun çətin keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik. Oyunçularımı, azarkeşləri təbrik edirəm".
Fanat.az