"Neftçi" Topaz Premyer Liqasının XI turunda AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.
"Neftçi"nin çalışdırıcısı Arif Əsədov ötən turla müqayisədə 3 dəyişiklik edib. Baş məşqçi "Bakı" ilə oyunda start heyətində meydana buraxdığı Nikolas Kanalesi ehtiyatda saxlayıb, Elnur Allahverdiyevi "18-liy"ə salmayıb. Bundan başqa sarı vərəqə limitini dolduran Erik Ramos məcburiyyətdən kənarda qalıb. Əvəzində Elvin Yunuszadə, Flavinyo və Kaue da Silva yenidən "11-liy"ə qayıdıb.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə bir dəyişiklik edib. Çalışdıpıcı Con Kordobanı ehtiyata göndərib, Tomi Kostadinovu yenidən start heyətinə daxil edib.
Fanat.az