"Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı". Fanat.az xəbər verir ki, bu söhləri "Neftçi"nin baş məşqçisi Arif Hacıyev deyib.
Baş məşqçi dünən klubla yollarını ayıran braziliyalı futbolçunun gedişi barədə danışıb: "Bertuççi “Neftçi” ilə bərabər bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Bununla belə bizim komandamızda əvəzedilməz futbolçu yoxdu. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odu ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək".
Fanat.az