Azərbaycane Kubokunda tarix təkrarlanıb. Fanat.az xəbər verir ki, "Qəbələ" və "Qarabağ" ardıcıl üçüncü dəfə Azərbaycan Kubokunun 1/4 finalında rəqib olub. Hər iki halda Ağdam klubu duellərdən qalib ayrılıb.
2011/12 mövsümündə komandaların hər iki dueli heç-heçə bitib - 2:2, 0:0. Səfərdə vurulan qollar "Qarabağ"ı növbəti mərhələyə çıxarmışdı. "Qəbələ"nin qollarına Viktor Mendi və Vüqar Nadirov imza atmış, "Qaraabğ"ın şeyətində Rauf Əliyev və Muarrem Muarrem fərqlənmişdi. Bu futbolçulardan indi yalnız Rauf Əliyev Ağdam klubunun heyətində deyil.
Ötən il bu komandaların bu mərhələdəki qarşılaşmalarından "Qarabağ" qalib çıxmışdı. Qəbələdəki oyun 1:1, Bakıdakı matç 0:0 hesabı ilə başa çatmışdı. "Qarabağ" səfər qolu sayəsində yarımfinala vəsiqə qazanmışdı. Həmin matçda "Qəbələ"dən Dodo, "Qarabağ"dan Vüqar Nadirov fərqlənmişdi.
Fanat.az