Arda Çempionlar Liqasının ən yaxşı oyunçusu oldu

Arda Çempionlar Liqasının ən yaxşı oyunçusu oldu

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın  yarımmüdafiəçisi Arda Turan ən yaxşı oyunçu seçilib. O, səslərin 58 faizini toplayıb.

Qeyd edək ki, türkiyəli futbolçu Münhenqladbax “Borussiya”sı ilə oyunda (4:0) het-trik etməklə yanaşı məhsuldar ötürmə ilə də yadda qalıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər