“Araz-Naxçıvan” "Qəbələ"nin daha bir oyunçusu ilə anlaşdı

“Araz-Naxçıvan” "Qəbələ"nin daha bir oyunçusu ilə anlaşdı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ülvü İsgəndərov qarşıdakı 1 il ərzində komandamızın formasını geyinəcək. 

Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasovla da müqavilə imzalayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər