“Araz-Naxçıvan” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşdı

“Araz-Naxçıvan” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşdı

Misli Premyer Liqasının 27-ci turuda "Qəbələ" ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün "Liv Bona Dea Arena"nın ehtiyat meydanında oyunöncəsi son məşqini keçirib.

Fanat.Az xəbər verir ki, "qırmızı-ağlar"ın 1 saata yaxın davam edən hazırlıq prosesində bir müddətdir zədədən əziyyət çəkən Abdulla Rzayev və Aksel Nqando da iştirak edib.

Cəzası başa çatan Məhəmməd Kadiri və Miço Kuzmanoviç də sabahkı görüşdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər