“Araz-Naxçıvan” hazırlığını Qəbələdə yekunlaşdırdı

“Araz-Naxçıvan” hazırlığını Qəbələdə yekunlaşdırdı

Fevralın 5-də Premyer Liqanın 21-ci turunun son matçında “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bu gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında yekunlaşdırıb.

Fanat.Az xəbər verir ki, təxminən 1 saat davam edən çalışmada Abdulla Rzayev və İqor Ribeyro iştirak etməyib.

Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir və onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.

“Kəpəz” – “Araz-Naxçıvan” oyunu sabah saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər