Aqollinin komanda yoldaşı rəsmən "İnter"də

Aqollinin komanda yoldaşı rəsmən "İnter"də

"İnter" heyətinə yeni futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, Bakı klubu albaniyalı futbolçu Emilian Vila ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, hücumameyilli yarımmüdafiəçi altı ay müddətində "İnter"də çıxış edəcək.

27 yaşlı futbolçu daha çox sağ cinahda oynasa da, solda və ikinci hücumçu qismində də çıxış edə bilir. Vila ölkəsində "Teuta", "Dinamo", "Partizani" klublarında çıxış edib. Zaqreb "Dinamo"sunda ilk legioner hisslərini yaşasa da, burda debüt edə bilməyib və nəticədə Xorvatiyanın paytaxtının digər klubu olan "Lokomotiva"ya icarəyə verilib. Yunanıstanda PAS-ın şərəfini qorumuş Vila ötən mövsüm "Partizani"də 34 matça çıxıb və 4 qola imza atıb. İyulun 13-də Yunanıstan Super Liqasından I dəstəyə düşmüş "Kerkira" klubuna keçsə də, burda maliyyə vəziyyəti yaxşı olmadığından oranı debüt etmədən tərk edib. Vila Albaniya millisində 27 oyun keçirib və 3 qol vurub. O sonuncu dəfə yığmasına ötən ilin noyabrın 18-də İtaliya ilə keçirilmiş matç üçün çağırılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər