Aqil Məmmədov "Bakı" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi rəqibdən daha yaxşı oynadıqlarını deyib:
"İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi. Amma ümumilikdə götürsək, "Bakı"dan üstün oynadıq. "Bakı"nın demək olar ki, şansı olmadı. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vura bilsəydik, davamı gələcəkdi".
Fanat.az