"Bakı"nın əsas qapıçısı Aqil Məmmədov klubla yollarını ayırmaq üzrədi. Fanat.az-ın əldə etdiyi məlumata görə, qolkiper iddialı yerli klublardan birindən təklif alıb.
Məsələyə aydınlıq gətirmək üçün paytaxt təmsilçisinin vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq: "Aqil klubmuzun yetirməsidi. O, uzun illər "Bakı"nın uğurları üçün tər töküb. Gedişi tam dəqiqləşməyib. Lakin komandadan ayrılmaq istəsə, klubumuz ona maneçilik törətməyəcək".
Qeyd edək ki, müqavilə ilə "Bakı"ya məxsus olan əlcək sahibi komandadan ayrılacağı təqdirdə "zolaqlılar" ona azad agent statusu verəcəklər.
Fanat.az