Antalyada Azərbaycan derbisi baş tutmayacaq

Antalyada Azərbaycan derbisi baş tutmayacaq

Antalyaya təlim-məşq toplanışına yollanacaq "Qarabağ"ın yoxlama oyunlarından birini "Traktorsazi"yə qarşı keçirəcəyi barədə xəbər vermişdik.

Fanat.az-ın əldə etdiyi məlumata görə, böyük ehtimalla oyun baş tutmayacaq. Buna səbəb sənədləşmə işlərində yaranan problem olub. Belə ki, qarşılaşmanın keçirilməsi ilə bağlı tərəflər arasında müqavilə imzalanmalı olsa da, Cənubi Azərbaycan təmsilçisi sənədləri vaxtında təqdim etməyib.

Qeyd edək ki, "Qarabağ" - "Traktorsazi" oyunu yanvarın 16-da baş tutmalı idi. Azərbaycan çempionu yanvarın 20-də "Diosqyori" (Macarıstan), 23-də isə "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə qarşılaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər