İspaniya Futbol Federiyası Madrid "Real"ının çalışdırıcısı Karlo Ançelottiyə qarşı "Jirona" ilə oyundan (1:1) sonra hakim Mario Melero Lopezlə bağlı açıqlamasına görə intizam prosesi açıb. Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İtaliyalı mütəxəssis 2-4 oyunluq diskvalifikasiya oluna bilər. Qeyd edilir ki, Madrid təmsilçisinin rəhbərliyi bu qərar qəbul ediləcəyi təqdirdə, apellyasiya şikayəti verməyi planlaşdırır. Bu işlə bağlı yekun qərar Qətərdə keçiriləcək dünya çempionatından sonra veriləcək. Görüşün sonunda hakimlər Marko Asensionun öz cərimə meydançasında etdiyi kobud oyundan sonra “Jirona”nın xeyrinə penalti təyin ediblər. Penaltini Kristian Stuani yerinə yetirib. Ançelotti komandasına qarşı penalti olmadığını, topun Asensionun qoluna deyil, sinəsinə dəydiyini bildirib. Hazırda "Real Madrid" 32 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Emin
Ançelotti neçə oyunluq diskvalifikasiya olunacaq?
TREND
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Tv Afişa
11:09
29.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:08
28.11.2026
Elvin Cəfərquliyev başladı... - "Qarabağ" sabahkı oyuna neçə itki ilə çıxacaq?
Futbol
00:53
24.11.2026
Bizdə var, onlarda yoxdur: Azərbaycan futboluna böyük tərif
Oxşar xəbərlər
Dünya futbolu
17:48
29.11.2026
“Qalatasaray” fransalı futbolçunun transfer şərtlərini dəyişir
Dünya futbolu
17:15
29.11.2026
“Arsenal” “Sportinq”in oyunçusu ilə maraqlanır
Dünya futbolu
16:14
29.11.2026
“Beşiktaş” İngiltərə millisinin futbolçusuna göz dikdi
Dünya futbolu
15:52
29.11.2026
“Bayern” Keynin yoxluğunu necə dolduracaq?