Premyer Liqanın XVIII turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Sumqayıt" Anar Nəzirovun xidmətindən yararlana bilməyəcək. Fanat.az xəbər verir ki, qolkiper Lənkəranı tərk edərək Bakıya gəlib.
Buna səbəb Nəzirovun ailəsində yaranan problem olub. Belə ki, gənc qapıçının atasının səhhəti pisləşib. Bu səbəbdən o, Bakıya qayıdıb. "Xəzər Lənkəran"da oyunda "Sumqayıt"ın qapısını Elçin Sadıqov qoruyacaq.
Fanat.az