Amit Quluzadə Portuqaliyada debüt etdi və "fərqləndi"

Amit Quluzadə Portuqaliyada debüt etdi və "fərqləndi"
Amit Quluzadə Portuqaliyada debüt edib. Fanat.az xəbər verir ki, Lissabon "Atletiko"suna keçən futbolçumuz "Trofense" ilə oyunda meydana çıxıb.
Start heyətində yer alan Quluzadə 28-ci dəqiqədə sarı vərəqə alıb və 37-ci dəqiqədə Manuel Palakios tərəfindən əvəzlənib. Amitlə yanaşı, "Bakı"nın sabiq üzvü İbrahim Karqbo da start heyətində yer alıb və 81 dəqiqə oynayıb. Oyun "Trofense"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər