Amit Quluzadə 5 oyunluq diskvalifikasiya olundu

Amit Quluzadə 5 oyunluq diskvalifikasiya olundu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan I Liqasında 36-cı, Əvəzedicilər Liqasında isə 35-ci turda yaşananlar müzakirə olunub.    Komitəsininiclasında aşağıdakı qərarlar qəbul edilib:

I Liqa

16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyununun 71-ci dəqiqəsində “Baku Sporting” klubunun 20 nömrəli futbolçusu Əli Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Baku Sporting” klubu 50 manat cərimə edilsin (maddə 36.5);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyununda “Zona A”da akkreditasiyası olmayan şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilsin (maddə 51.8);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun MOİK – “Mingəçevir” oyununda MOİK klubunda 6 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilsin (maddə 37);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”  klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalansın, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 43.4);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilsin (maddə 70.1);

16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

Əvəzedicilər Liqası 

18.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXV turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 47 nömrəli futbolçusu Hüseyn Xıdırov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sumqayıt-2” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

19.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXV turun “Neftçi-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail-2” komandası 70 manat cərimə edilsin (maddə 37).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər