Amisulaşvili: "Sevinirəm ki, "İnter"ə keçdim"

Amisulaşvili: "Sevinirəm ki, "İnter"ə keçdim"
"Sevinirəm ki, bu komandaya keçdim. "İnter"in sıralarına qoşulduğum ilk gündən hər şey xoşuma gəldi. Komandanın çox mehriban kollektivi var". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in yeni transferi Aleksnadr Amisulaşvili deyib.
 
Dünən bank klubu gürcü futbolçu ilə 1 illik müqavilə bağlayıb. "İnter"in prezidenti Georgi Nikolov Amisulaşviliyə yeni komandada uğurlar arzulayıb. Oyunçu isə "İnter"lə uğur qazanmaq istədiyini deyib: "Çox istərdim ki, avrokuboklarda və ölkə çempionatında yaxşı çıxış edək. Yeni komandama uğur qazanmaq üçün öz köməyimi əsirgəmiyəcəyəm".
 
Qeyd edək ki, Aleksandr Amisulaşvili "İnter"də 5 nömrəli formanı geyinəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər