Amil Ağacanov "Qəbələ"nin məğlubiyyətini şərh etdi

Amil Ağacanov "Qəbələ"nin məğlubiyyətini şərh etdi

 

Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ” “Neftçi” ilə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, “ağ-qaralar” 3:0 hesabı ilə qələbə qazanıb.

“Qəbələ”nin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Amil Ağacanov matçdan sonra jurnalistlərin suallarını cavablayıb:

“Ağır məğlubiyyət oldu. Rəqibin son oyunlarını analiz etmişdik. Aqressiv oyunçularının olduğunu bilirdik. Sonda rəqib sürətli oyunçularını buraxdı. Bu da oyuna təsir etdi”.

-Əsas futbol planında istək nədir?

-Oyuna nəzarət etmək. Hücumlar qurmaq. 4-2-3-1 sxemində bu daha çox tələb olunur.

-Ehtiyatdakı əcnəbi qapıçının hazırlıq durumu necədir?

-Biz onu birinci qapıçı kimi gətirməmişik. Biz qolkiper axtarırdıq. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq.

-Oyunun taleyini futbolçular arasındakı səviyyə fərqi həll etdi?

-Sonradan oyuna girmək çətin olur. Rəqibin oyunçularının keyfiyyəti daha yaxşı idi.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər