Almanlar Bakını "işğal edəcək"

Almanlar Bakını "işğal edəcək"

Martın 26-da Bakıda keçiriləcək Azərbaycan - Almaniya qarşılaşmasında anşlaq olacağı gözlənilir.

Fanat.Az xəbər verir ki, alman azarkeşlər də bu oyuna biganə deyillər. Bakıya "alman maşını"nı dəstəkləməyə xeyli azarkeş gələcək.

Belə ki, "Coca Cola" şirkəti Almaniya millisinin rəsmi fanklubunun yaranma günü ilə əlaqədar fanatların Bakıya səfəri ilə bağlı xərcləri öz üzərinə götürüb. Bununla bağlı Almaniya Futbol İttifaqına da müraciət olunub. Artıq Bakıdakı qarşılaşmaya gələcək alman azarkeşlər üçün 800 bilet sifariş olunub.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər