Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, baş məşqçinin köməkçisi Volfqanq Rolff və qapıçılar üzrə məşqçi Ulrix Ştayn Topaz Premyer Liqasının XXI turunun iki oyununu canlı izləyəcək. Fanat.az xəbər verir ki, alman məşqçilər "Bakı" - "Neftçi" və "Qarabağ" - AZAL oyunlarına baxacaq.
Foqtsun digər köməkçisi Aslan Kərimov Sumqayıt şəhərində keçiriləcək "Sumqayıt" - "Rəvan" qarşılaşmasını izləyəcəklər.
Fanat.az