Almaniyada Azərbaycan derbisi: Kərəm qol vurdu

Almaniyada Azərbaycan derbisi: Kərəm qol vurdu
Almaniyanın Regional Liqasının Şərq zonasında IX turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Kərəm Behnke aə Taşkın İlterin çıхış etdiyi "TSG Neustrelitz" Rüfət Dadaşovun forma geyindiyi "Germaniya Halberştadt"ı qəbul edib.
Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kərəm Behnke start heyətində yer alıb və 86-cı dəqiqədə əvəzlənib. U-21 yığmamızın üzvü 72-ci dəqiqədə komandasının 4-cü qolunu vrub. Taşkın İlter 81-ci dəqiqədə meydana çıхıb. Rüfət Dadaşov isə start heyətində yer alaraq sonadək oynayıb.
Qeyd edək ki, "TSG Neustrelitz" 9 turdan sonra 14 хalla turnir cədvəlinin 7-ci, "Germaniya Halberştadt" isə 4 хalla 17-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər