Bakının qadın voleybolçulardan ibarət “Azəryol” klubu daha bir transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, növbəti mövsümdə CEV Kubokunda mübarizə aparacaq klub almaniyalı Marin Aptiçi heyətinə cəlb edib.
Almaniya millisinin üzvü son mövsümü Fransanın “Kann” klubunda keçirib. O, 2006-2014-cü illərdə Almaniyanın "Drezdner" klubunda forma geyinib. "Drezdner"lə 2 dəfə Almaniya çempionluğunu və kubokunu qazanan Aptiç 2010-cu ildə "Challenge Cup"un qalibi olub. O, ötən mövsüm "Kann"la Fransa çempionluğuna sahib çıxıb və ölkə kubokunun finalında iştirak edib. Almaniya millisində 70 oyun keçirmiş 28 yaşlı voleybolçu 2011-ci ildə Avropa çempionatının, 2014-də Avropa Liqasının finalında oynayıb.





Fanat.az