Almaniya yığmasının sabiq üzvü Bakı "İnter"ində

Almaniya yığmasının sabiq üzvü Bakı "İnter"ində
"İnter"in baxışa alman futbolçu çağırması barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, artıq həmin oyunçunun kimliyi müəyyənləşib. Baş məşqçi Kaxaber Tsxadadze Kevin Petsonini sınayır. Alman futbolçu bu gün "Holşteyn"lə yoxlama oyununda meydana çıxıb.
Futbolun sirrlərini Almaniyanın "Darmştadt", "Ayntraxt" (Frankfurt) və İngiltərənin "Blekbern" klublarında öyrənən Kevin peşəkar karyerasına "Köln"də başlayıb. 2008-2012-ci illərdə 103 oyun keçirən 24 yaşlı yarımmüdafiəçi 3 qol vurub. 2012-ci ildə "Erzqebirqe Aue" klubuna keçən Petsoni 22 oyunda 1 qol vurub. O, cari mövsümün ilk yarısında II Bundesliqada 8 oyuna çıxıb və 688 dəqiqə oynayıb.
Kevin Almaniyanın U-19 (8 oyun), U-20 (2 oyun) və U-21 (1 oyun) yığmalarında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər