Almaniya yığması Bakıya nə vaxt gələcək?

Almaniya yığması Bakıya nə vaxt gələcək?

Almaniya yığmasının Bakıya səfər proqramı açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb.

Azərbaycan və Almaniya milliləri "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində baş tutacaq oyunu martın 26-da keçirəcək. Bundestim matçdan iki gün əvvəl - martın 24-ü Bakı vaxtı ilə saat 17.35-də Düsseldorfdan çarter reysi ilə paytaxtımıza yola düşəcək. Millimizin rəqibi Bakıda "Boulevard Hotel"də məskunlaşacaq.

Almanlar martın 25-də matçın keçriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 20.00-da başlayacaq. Oyun başa çatdıqdan dərhal sonra isə rəqib Heydər Əliyev adına beynəlxalq hava limanından Frankfurta uçacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər