Almaniya və İngiltərədə oynamış ulduz "Sabah"a gəlir?

Almaniya və İngiltərədə oynamış ulduz "Sabah"a gəlir?

İngiltərə Premyer Liqası təcrübəsi olan Həmzə Çoudrinin transferindən yüksək maaş tələblərinə görə imtina edən “Sabah” yeni hədəf müəyyənləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi dayaq yarımmüdafiəçisi mövqeyini gücləndirmək üçün Mahmud Daudun keçidini nəzərdən keçirir.

“Bayquşlar” daha əvvəl İngiltərə və Almaniya çempionatlarında çıxış etmiş 30 yaşlı futbolçu ilə bağlı danışıqları müsbət istiqamətdə aparır.

Karyerası ərzində “Borussiya Dortmund”, “Borussiya Münhenqladbax” və İngiltərə Premyer Liqasının “Brayton” klubunun formasını geyinən Daud təcrübəsi ilə diqqət çəkir.

Almaniyalı futbolçu son iki mövsümü “Ayntraxt Frankfurt”da keçirib və bu müddətdə 37 rəsmi oyunda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər