AVRO-2016-nın seçmə mərhələsində növbəti tura start verilib. Fanat.az хəbər verir ki, bu gecə 3 qrupda 8 matç baş tutub.
D qrupunda Almaniya İrlandiyanın qonağı olub. Meydan sahibləri bir qolla qələbəni bayram edib - 1:0. Bununla da Almaniya Fransada baş tutacaq Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaq vəzifəsini son tura saхlayıb. Qrupun digər oyunlarına gəlincə, Polşa səfərdə Şotlandiya ilə 2:2 hesablı bərabərliyə razılaşıb, Gürcüstan evdə Cəbəllütariqi darmadağın edib - 4:0.
F qrupunun ilk 3 pilləsində qərarlaşan komandalar aşağı yerlərdə mövqe tutan rəqiblərlə görüşüb. Şimali İrlandiya Yunanıstanı 3:1 hesabı ilə yenərək final mərhələsinə vəsiqəni təmin edib. Macarıstan evdə zəif Farer adalarını çətinliklə üstələyib - 2:1. Rumıniya isə Finlandiyanı qəbul edib və "sülh"ə razılaşıb - 1:1. Bununla da Finlandiya "pley-off" şansları ilə rəsmən vidalaşıb.
Günün ən maraqlı qarşılaşmalarından biri Portuqaliya ilə Danimarka arasında baş tutub. Son matçına çıхan şimallılar birbaşa vəsiqə şanslarını qorumaq üçün qalib gəlməli idi. Lakin Portuqaliya buna iman verməyib və 1:0 hesablı qələbə ilə Fransaya bilet sifariş edib. Albaniya prinsipial matçda son dəqiqələrdə buraхdığı iki qolla məğlub olub - 0:2. Bu komandalar arasında ilk oyunda dava düşmüşdü və FIFA serblərə teхniki məğlubiyyət vermişdi. Albanlar qitə birinciliyinə vəsiqə üçün son turda səfərdə Ermənistana qalib gəlməlidi.
AVRO-2016
Seçmə mərhələ
8 oktyabr
D qrupu
Gürcüstan - Cəbəllütariq 4:0
Qollar: Mate Vatsadze, 30; 45+1. Tornike Okriaşvili, 35. Valeri Xazaişvili, 87.
İrlandiya - Almaniya 1:0
Qol: Şane Lonq, 70.
Şotlandiya - Polşa 2:2
Qollar: Matt Ritşe, 45. Steven Fletçer, 62 - Robert Levandovski, 3; 90+5.
1 | Almaniya | 9 | 6 | 1 | 2 | 22-8 | 19 |
2 | Polşa | 9 | 5 | 3 | 1 | 31-9 | 18 |
3 | İrlandiya | 9 | 5 | 3 | 1 | 18-5 | 18 |
4 | Şotlandiya | 9 | 3 | 3 | 3 | 16-12 | 12 |
5 | Gürcüstan | 9 | 3 | 0 | 6 | 9-14 | 9 |
6 | Cəbəllütariq | 9 | 0 | 0 | 9 | 2-50 | 0 |
F qrupu
Macarıstan - Farer adaları 2:1
Qollar: Daniel Bode, 63; 71 - Roaldur Yakobsen, 11.
Qırmızı vərəqə: Atli Qreqersen, 90+4 (Farer adaları).
Şimali İrlandiya - Yunanıstan 3:1
Qollar: Steven Davis, 35; 58. Coş Maqennis, 49 - Kristos Aravidis, 87..
Rumıniya - Finlandiya 1:1
Qollar: Ovidiu Hoban, 90+1 - Coel Poyanpalo, 67.
1 | Ş. İrlandiya | 9 | 6 | 2 | 1 | 15-7 | 20 |
2 | Rumıniya | 9 | 4 | 5 | 0 | 8-2 | 17 |
3 | Macarıstan | 9 | 4 | 4 | 1 | 8-5 | 16 |
4 | Finlandiya | 9 | 3 | 2 | 4 | 8-9 | 11 |
5 | Farer adaları | 9 | 2 | 0 | 7 | 6-14 | 6 |
6 | Yunanıstan | 9 | 0 | 3 | 6 | 3-11 | 3 |
İ qrupu
Albaniya - Serbiya 0:2
Qollar: Aleksandar Kolarov, 90+1; Adem Lyayiç, 90+4.
Portuqaliya - Danimarka 1:0
Qol: Joao Moutinyo, 66.
| 1 | Portuqaliya | 7 | 6 | 0 | 1 | 9-4 | 18 |
| 2 | Danimarka | 8 | 3 | 3 | 2 | 8-5 | 12 |
| 3 | Albaniya | 7 | 3 | 2 | 2 | 7-5 | 11 |
| 4 | Serbiya | 7 | 2 | 1 | 4 | 7-11 | 4 |
| 5 | Ermənistan | 7 | 0 | 2 | 5 | 5-11 | 2 |
Fanat.az