Almaniya klubu Çexiya millisinin üzvünü transfer etdi

Almaniya klubu Çexiya millisinin üzvünü transfer etdi

"Bayer Leverkuzen" yeni oyunçu transfer edib.

Fanat.Az xəbər verir ki, Leverkuzen klubu Çexiya millisinin hücumçusu Adam Qloşeki heyətinə qatıb.

Klubun açıqlamasına görə, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Qloşek 23 nömrəli formada çıxış edəcək.

Tanınmış insayder Fabritsio Romanonun sözlərinə görə, sövdələşmə 13 milyon avro təşkil edib. Həmçinin, Qloşekin 2018-ci ildən oynadığı "Sparta" onun növbəti satışından 30 faiz gəlir əldə edəcək.

Çexiyalı hücumçu ötən mövsüm "Sparta"da 47 matçda iştirak edib, 12 qol vurub və 15 məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər