21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir. Fanat.az хəbər verir ki, milli komandasız qrupdakı 3-cü oyununu bu gün evdə keçirib.
Yığmamızın rəqibi Almaniya olub. "Dalğa Arena"da baş tutan oyunda hesabı 33-cü dəqiqədə Davie Selke açıb. 41-ci dəqiqədə millimizin qapısına penalti təyin edilsə də, Davie Selke bu şansdan yararlana bilməyib. İlk yarının son dəqiqələrində qırmızı vərəqə alan Adil Nağıyev millimizi azlıqda qoyub. 69-cu dəqiqədə hakim daha bir penalti təyin edib. Bu dəfə Maks Meyerin zərbəsi dəqiq olmayıb. Nəhayət 88-ci dəqiqədə Coşua Kimmix penaltini qola çevirib. 90+3-cü dəqiqədə dubl edən Davie Selke millimizin darmadağınını rəsmiləşdirib.
Qeyd edək ki, qrupdakı ilk oyununda Farer adalarına qalib gələn (1:0) komandamız 4 gün əvvəl Bakıda Avstriyaya yenilib (0:2).
AVRO-2017
Seçmə mərhələ
VII qrup
8 sentyabr
Azərbaycan - Almaniya 0:2
Qol: Davie Selke, 33; 90+3. Coşua Kimmix, 88-pen.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Adil Nağıyev, 5. Elvin Bədəlov, 7. Taşkın İlter, 8. Elşən Abdullayev (23. Fəhmin Muradbəyli, 85), 9. Coşqun Diniyev (6. Vüqar Mustafayev, 63), 10. Orxan Əliyev (3. Azad Kərimov, 46), 16. Elvin Camalov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 21. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 11. Kerem Behnke, 13. Bilal Sezer, 14. İlyas Səfərzadə.
Baş məşqçi: Yaşar Vahabzadə.
Almaniya: 12. Timon Vellenreuter, 2. Niklas Süle, 3. Conatan Tah, 5. Ceremi Tolxan, 9. Timo Verner (7. Levin Öztunalı, 46), 10. Leon Qoretzka (k), 11. Julian Brandt (8. Maks Meyer, 64), 15. Coşua Kimmix, 19. Davie Selke, 20. Yannik Qerhardt, 21. Maksimilian Arnold (6. Julian Veygl, 84).
Ehtiyat oyunçular: 1. Marvin Şkvabe, 4. Niklas Stark, 14. Lukas Klostermann. 22. Serj Qnabri.
Baş məşqçi: Horst Hrubesx.
İstifadə olunmayan penaltilər: Davie Selke, 40. Maks Meyer, 69.
Sarı vərəqələr: Adil Nağıyev, 41. Elvin Bədəlov, 60. Şahruddin Məhəmmədəliyev, 85- Maksimilian Arnold, 80.
Qırmızı vərəqə: Adil Nağıyev, 45+1.
Hakimlər: Aleksandr Buckaut, Cimmi Kremers, Loran Konotte, Nikolas Laforge (Belçika).
UEFA nümayəndəsi: Oktavian Qoqa (Rumıniya).
Hakim-inspektor: Haim Yakov (İsrail).
Bakı. "Dalğa Arena".
| 1 | Almaniya | 1 | 1 | 0 | 0 | 3:0 | 3 |
| 2 | Finlandiya | 1 | 1 | 0 | 0 | 2:0 | 3 |
| 3 | Avstriya | 1 | 1 | 0 | 0 | 2:0 | 3 |
| 4 | Azərbaycan | 3 | 1 | 0 | 2 | 1:5 | 3 |
| 5 | Farer adaları | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
| 6 | Rusiya | 1 | 0 | 0 | 1 | 0:2 | 0 |
Fanat.az