Almaniya - Azərbaycan oyununda island hakimlər

Almaniya - Azərbaycan oyununda island hakimlər

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Almaniya - Azərbaycan matçının hakimləri bəlli olub. UEFA Kotbusda keçiriləcək görüşə təyinatları açıqlayıb.

 

Oktyabrın 6-da baş tutacaq qarşılaşmanı islandiyalı hakimlər idarə edəcək. Görüşün baş hakimi Vilhyalmur Torarinsson olacaq.

 

Onun köməkçisi funksiyasını Qilfi Mar Siqurdsson və Frosti Vidar Qunnarsson yerinə yetirəcək. Görüşün dördüncü hakimi isə Toroddur Hyaltalindi.

 

Qeyd edək ki, “Frendşaft” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər