Alman məşqçi "Sumqayıt"ın məşqçiləri ilə görüşdü

Alman məşqçi "Sumqayıt"ın məşqçiləri ilə görüşdü
AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş müvafiq qərara uyğun olaraq, Topaz Premyer Liqasında çıxış edən bir neçə klubda artıq uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunub. Fevralın 1-dən etibarən "Sumqayıt"da idman direktoru kimi işinə başlayan Frank Bernhard akademiyanın məşqçi heyəti ilə görüşüb. 
Görüş daha çox tanışlıq xarakteri daşıyıb. Tədbir zamanı məşqçilərlə fikir mübadiləsi aparılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər