Almaniya yığmasının futbolçusu Bastian Şvaynştayger "AVRO-2016"nın C qrupunda Ukrayna ilə oyuna qədər sonuncu dəfə 7 il öncə fərqlənib. 31 yaşlı yarımmüdafiəçi yığmada sonuncu qolunu 2009-cu ildə Bakıda Azərbaycan millisi ilə oyunda vurub.
"DÇ-2010"nun seçmə mərhələsi çərçivəsində keçirilmiş həmin görüşdə Şvaynştayger 12-ci dəqiqədə fərqlənib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Bastian Şvaynştayger Ukrayna ilə oyunun 90+2-ci dəqiqəsində fərqlənməyi bacarıb. Qarşılaşma Yoahim Lövün rəhbərlik etdiyi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. ("Report")
Fanat.az