Bu ilin yayında "Milan"ı əzəli rəqibi "İnter"ə dəyişən Hakan Çalhanoğlu atdığı addımın səbəbini izah edib.
Fanat.Az xəbər verir ki, "S Sport" Türkiyə millisinin üzvünün söylədiklərini belə çatdırıb:
"Gedişimin bir neçə səbəbi var idi. Məsələn, "Milan" yeddi il idi ki, Çempionlar Liqasında oynamırdı. Bu, çox uzun müddətdir. "İnter" "Milan"dan daha səviyyəli komandadır. Keyfiyyət cəhətdən üstünlükləri çoxdur. Uyğunlaşmaq bir qədər çətin oldu. Ancaq məni burada çox yaxşı qarşıladılar. Bura gəlməyimdə xüsusi rolu olan mütəxəssisə minnətdaram".
Bu mövsüm A seriyasında 17 oyuna çıxan Çalhanoğlu 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat