"Mançester Yunayted”in futbolçusu Aleksis Sançes "İnter”lə tibbi müayindən keçmək üçün Milana yollanıb.
Fanat.Az İtaliya mediasına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bu gün "İnter”lə müqavilə bağlayacaq. Milan klubu çilili ulduzu 1 illik icarəyə götürəcək. Onun 550 min avro təşkil edən həftəlik maaşının yarısını "İnter”, yarısını isə "Mançester Yunayted” ödəyəcək. MMaviləyə əsasən, italiyalılar 2019/20 mövsümü başa çatandan sonra onu 15 milyon avroya ala bilərlər.
Qeyd edək ki, Sançes "Mançester Yunayted"ə 2018-ci ildə "Arsenal"dan 34 milyon avroya transfer olunub. Çili millisin üzvü əvvəllər vətənində "Kobreloa", "Colo-Colo", İtaliyada "Udineze", Argentinada "River Pleyt", İspaniyada "Barselona" və İngiltərədə "Arsenal"ın formasını geyinib.
Fanat.Az