Aleksandr Səmədov Bakıya gəlir

Aleksandr Səmədov Bakıya gəlir
Rusiya yığmasının Lüksemburq və Azərbaycan milliləri ilə oyunlar üçün yekun heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Fabio Kapello iki oyun üçün 25 futbolçunu heyətdə saxlayıb.
Onların arasında Moskva "Lokomotiv"inin üzvü, azərbaycanlı futbolçu Aleksandr Səmədov da var. Kapellonun siyahısındakı 25 futbolçunun hamısı karyerasını Rusiya klublarında davam etdirir.
Qeyd edək ki, Rusiya oktyabrın 11-də "Jozi Bartel" stadionunda Lüksemburqun, 4 gün sonra "Bakcell Arena"da millimizin qonağı olacaq.
Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Yuri Lodıqin (Zenit), Sergey Rıjikov (Rubin).
Müdafiəçilər: Aleksey Berezutki, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı ÇSKA), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi Spartak M), Vladimir Qranat (Dinamo M), Aleksey Kozlov (Kuban), İqor Smolnikov (Zenit).
Yarımmüdafiçilər: Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov (hamısı "Zenit"), İqor Denisov (Dinamo M), Denis Qluşakov (Spartak M), Pavel Mamayev (Krasnodar), Aleksandr Ryazantsev (Rubin).
Hücumçular: Yuri Jirkov, Aleksandr Kokorin, Fedor Smolov (hamısı "Dinamo" M), Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi "Zenit"), Aleksandr Səmədov (Lokomotiv M).
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər