Aleksandr Əliyev «Qəbələ»də?

Aleksandr Əliyev «Qəbələ»də?

Ukrayna milli komandasının və Kiyev «Dinamo»sunun futbolçusu Aleksandr Əliyev «Qəbələ»də oynaya bilər. İdman24.az xəbər verir ki, bu barədə korrespondent.net saytı məlumat yayıb.Saytın iddiasına görə, «Qəbələ»nin yeni baş məşqçisi Yuri Syomin özünə tanış olan oyunçulara arxalanmaq niyyətindədi. Onlardan biri də Əliyevdi. Bu futbolçu Syominin rəhbərliyi altında həm Kiyev «Dinamo»sunda, həm də Moskva «Lokomotiv»ində çıxış edib.İddiaya görə, «Qəbələ» rəhbərliyi yerli oyunçuların kluba transferini öz üzərinə götürsə də, legionerləri baş məşqçinin istəyilə həyata keçirmək istəyir. Həmçinin Syominə komanda ilə bağlı istənilən qərarı qəbul etmək hüququ verilib. Amma bir şərtlə: «Qəbələ» gələn mövsüm Avropa kuboklarına vəsiqə qazanmalıdı. Əks halda, təcrübəli mütəxəssis istefaya göndəriləcək.Qeyd edək ki, 28 yaşlı Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulsa da, ata babasının Azərbaycan kökləri olub. O, indiyədək Ukraynanın «Borisfen», «Dinamo» (Kiyev), «Metallurq» (Zaporiji), «Dnepr» və Rusiyanın «Lokomotiv» (Moskva) klublarında çıxış edib. Əliyev 2008-ci ildən çağırıldığı Ukrayna millisində 28 oyun keçirib və 6 qol vurub.İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər